Arif Quliyevin vəziyyəti ağır stabildir - "Yeni Klinika" 

11:19 29.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Arif Quliyev süni tənəffüs aparatındadır, intensiv müalicəsi davam edir”. 

Bunu APA-ya açıqlamasında “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O, aktyorun vəziyyətinin ağır stabil olduğunu bildirib.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti bir neçə gün əvvəl "Yeni Klinika"ya yerləşdirilib.